IZhO (International Zhautykov Olympiad) 2005-cü ildən etibarən yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən ənənəvi regional olimpiadalardan biridir. Olimpiada təkcə fizika yox, eyni zamanda riyaziyyat və informatika fənlərindən də keçirilir. Bu olimpiadanın digər beynəlxalq yarışlardan əsas fərqi ondadır ki, burada iştirakçı komandalar hansısa bir ölkəni yox, həmin komandanın iştirakçılarının oxuduqları məktəbi təmsil edirlər. Hər bir komanda maksimum 10 üzvdən ibarət ola bilər. Bura 3 riyaziyyat, 2 fizika, 2 informatika olimpiadaçısı və hər bir fənnin müəllimi aiddir. Azərbaycan məktəbləri bu yarışda 2006-cı ildən bəri təmsil olunurlar. Fizika fənni olaraq Azərbaycan məktəblilərinin əldə etdiyi nəticələ belədir.
İL | Ad Soyad | Medal | Məktəb |
2006 | Azər Eyvazov | Bürünc | D.Qorqud ATÖL |
2007 | Namiq Həsənov | Bürünc | D.Qorqud ATÖL |
2008 | Mirnahid Məmmədzadə | Bürünc | Lənkəran ATÖL |
Vüsal Orucov | Bürünc | Quba ATÖL | |
2009 | Rəşadət İsmayılzadə | Gümüş | Lənkəran ATÖL |
Vüsal Orucov | Gümüş | Quba ATÖL | |
2010 | Rəşadət İsmayılzadə | Gümüş | Lənkəran ATÖL |
2012 | Hacı Piriyev | Gümüş | Mingecevir ATÖL |
2014 | Tural Alıyev | Gümüş | D.Qorqud ATÖL |
Nurlan Avazlı | Bürünc | Gəncə ATÖL | |
Nurlan Rzayev | Bürünc | Şirvan ATÖL |