Asiya Fizika Olimpiadası (APHO - Asian Physics Olympiad) ilk dəfə 2000-ci ildə Asia regionu ölkələrinin iştirakı ilə İndoneziyada keçirilmişdir.Olimpiadada hər ölkədən 2 rəhbərin başçılığında 8 şagird iştirak edir. Bununla yanaşı hər ölkə müşahidəçilərlə də təmsil olunur. Hazırki prezidenti Prof. Ming-Juey Lin-dir.
| No | İl | Şəhər | Ölkə | Keçirilmə tarixi |
| I | 2000 | Karavaçi | İndoneziya | 23 Aprel - 2 May (10 gün) |
| II | 2001 | Taypey | Tayvan | 22 Aprel - 1 May (10 gün) |
| III | 2002 | Sinqapur | Sinqapur | 6- 14 May (9 gün) |
| IV | 2003 | Banqkok | Tayland | 20 - 29 Aprel (10 gün) |
| V | 2004 | Hanoy | Vyetnam | 26 Aprel - 4 May (9 gün) |
| VI | 2005 | Pekanbaru | İndoneziya | 24 Aprel - 2 May (9 gün) |
| VII | 2006 | Almatı | Qazaxıstan | 22 - 30 Aprel (9 gün) |
| VIII | 2007 | Şanxay | ÇXR | 21 - 29 Aprel (9 gün) |
| IX | 2008 | Ulan-Bator | Monqolustan | 20 - 28 Aprel (9 gün) |
| X | 2009 | Banqkok | Tayland | 24 Aprel - 2 May (9 gün) |
| XI | 2010 | Taypey | Tayvan | 23 Aprel-1 May (9 gün) |
| XII | 2011 | Tel Əviv | İsrail | 1 May - 09 May (9 gün) |
| XIII | 2012 | Yeni Dehli | Hindistan | 30 Aprel - 7bMay (8 gün) |
| XIV | 2013 | Bogor | İndoneziya | 5-13 May (9 gün) |
| XIV | 2014 | Sinqapur | Sinqapur | 11-19 May (9 gün) |
Asiya Fizika olimpiadasının proqramı təxminən aşağıdakı kimi olur:
1-ci gün: Komandaların qarşılanması.
2-ci gün: Olimpiadanın rəsmi açılış mərasimi. Mərasim adətən rəsmi və bədii hissədən ibarət olur. Mərasimdən sonra komanda rəhbərləri və təşkilatçılar nəzəri məsələləri müzakirə etmək və öz dillərinə tərcümə etmək üçün toplaşırlar.
3-cü gün: Nəzəri imtahan keçirilir. Günortadan sonra şagirdlərə müəyyən ekskursiya turları təşkil olunur. Komanda rəhbərləri və müşahidəçilər üçün ekskursiyalar təşkil olunur.
4-cü gün: Şagirdlərə müəyyən ekskursiya turları təşkil olunur. Komanda rəhbərləri və təşkilatçılar təcrübi məsələləri müzakirə etmək və öz dillərinə tərcümə etmək üçün toplaşırlar.
5-ci gün: Təcrübi imtahan keçirilir. Günortadan sonra şagirdlərə müəyyən ekskursiya turları təşkil olunur. Komanda rəhbərləri və müşahidəçilər üçün ekskursiyalar təşkil olunur. Komanda rəhbərləri koordinatorlarla bərabər şagirdlərin yazı işlərini yoxlayırlar
6-cı gün: Şagirdlər və komanda rəhbərləri üçün müəyyən ekskursiyalar və ya elmi konferanslar təşkil olunur.
7-cı gün: Komanda rəhbərləri koordinatorlarla bərabər şagirdlərin yazı işlərini yoxlayırlar (Moderation)
8-ci gün: Olimpiadanın rəsmi bağlanış mərasimi medal və mükafatların təqdim edilməsi.
9-cu gün: Komandaların yola salınması.
1. Hər komanda yalnız orta məktəb şagirdlərindən ibarət olmaqla 8 nəfərdən artıq olmamalıdır. Universitet tələbələrinin iştirakına icazə verilmir. Hər komandaya 2 rəhbər başçılıq edir.
2. Yarış iki hissədən ibarətdir. Hər bir hissə üçün 1 gün vaxt ayrılır. Birinci gün fizikanın müxtəlif sahələrini əhatə edən 3 nəzəri məsələ, ikinci gün isə 1 vəya 2 təcrübi məsələ təklif olunur. Hər iki hissə üçün 5 saat vaxt ayrılır.
3. Təklif olunan məsələlər şagirdlərə öz ana dillərində verilir və şagirdlər də məsələlərin həllini öz dillərində yazırlar.
4. Şagirdlər imtahandan çıxdıqdan sonra onların yazılarının surətləri çıxarılır, komanda rəhbərlərinə və sual yoxlama komissiyasına ( koordinatorlara) verilir. Hər iki tərəf yazıları nəzərdən keçirir, yazılanlar sualların qiymətləndirilməsi cədvəlinə əsasən qiymətləndirir və koordinasiya zamanı bu qiymətləndirmə müzakirə olunur. Tərəflər razı qaldıqda qiymətləndirmə kağızına imzalar ataraq bu prosesi bitirmiş olurlar.
5. Nəzəri məsələlər cəmi 30, təcrübi məsələr 20 bal olmaqla cəmi 50 balla qiymətləndirilir.
6. Ümumi bala görə yarış iştirakçıların 10% -ə qədəri qızıl, 22%-ə qədəri qızıl və gümüş, 65% -ə qədər qızıl, gümüş və bürünc medallarla ,50% -ə qədər həvəsləndirici mükafatlarla mükafatlandırılır. Bundan əlavə ən yaxşı həllə görə, nəzəri və təcrübi imtahanlarda ən yüksək nəticəyə və s. göstəricilərə görə xüsusi mükafatlar verilir.
| No | İl | Şəhər | Ölkə | Keçirilmə vaxtı |
| XVI | 2015 | qərar verilməyib | ÇXR | qərar verilməyib |
| XVII | 2016 | Hong Konq | Hong Konq | qərar verilməyib |
Azərbaycan komandası ilk dəfə 2005-ci ildən bu yarışlarda iştirak etmişdir. Daha sonra növbəti 3 olimpiadada da komandamız bu yarışlarda təmsil olunmuşdur. 2013-cü ildən komandamız yenidən yarışa qoşulmuşdur. Ümumilikdə komandamız iştirak etdiyi 6 olimpiadada 2 bürünc və 2 həvəsləndirici mükafata layiq görülmüşdür. Aşağıda komandamızın müxtəlif illərdə əldə etdiyi nəticələr göstərilmişdir.
| 2005 | VI APhO | Azər Eyvazov | Bürünc Medal |
| 2006 | VII APhO | Azər Eyvazov | Bürünc Medal |
| Pərviz Hacıyev | Bürünc Medal | ||
| 2014 | XIV Apho | Tural Aliyev | Həvəsləndirici mükafat |