Məsələ həlli fizikadan nəzəri bilikləri yoxlamaq, qanunların mənimsəmə dərəcəsini müəyyən etmək üçün ən effektif vasitədir. Respubllikamızda digər fənlərlə yanaşı fizika üzrə də istedadlı şagirdlərin üzə çıxarılması və onların bilik səviyyələrini daha da artırmaq məqsədi ilə ənənəvi olimpiadalar keçirilir. Olimpiada məsələləri adətən orta məktəb proqramını çox yaxşı mənimsəmiş şagirdlər üçün nəzərə tutulur və belə tip məsələlərin həlli əlbəttə ki, xüsusi hazırlıq tələb edir. Bu səhifəni ərsəyə gətirməkdəki məqsədimiz məhz olimpiadalara hazırlaşmaq istəyən şagirdlərə bu işdə istiqamət vermək və olimpiadaya hazırlıq üçün lazım olan materialları şagirdlərə çatdırmaqdır. Şagirdlər bu səhifədə bir sıra alimlərin olimpiadalara hazırlıq kitabları, olimpiada məsələ kitabları, müxtəlif ölkələrin milli olimpiada məsələləri, beynəlxalq olimpiada məsələləri, azərbaycan , ingilis və türk dillərində olmaqla video dərslər və olimpiadaya hazırlıq üçün yararlı hesab etdiyimiz bir çox materillarla tanış ola biləcəklər.