07-09-08

آذربایجان کولتور اوجاغی/کولن

Registeriert:Amtsgericht Köln  20AR49/88

E-mail : [email protected]  

Azərbaycan Kültür Ocağı

 

Ocaq demokratik bir cəmiyyetdir ki, onun hədəfi: Xaricədə yaşayan qabaqcıl və ölkələrine bağlı azərbaycanlılar arasında əlaqə ve fikir birliyi yaratmaqç Azərbaycanın dil, kültür, incəsənətç folklorç və başqa milli xüsusiyyətlərini tanıtdırıb irəli yürüdülməsinə calışmaqdır.

Ocaq kamilən müstəqil bir quruluşdur ki, heç bir siyasi, dini, bir təşqilata bağlı olmayıb və heç bir siyasi, dini qüvvənin də fikirlerini təbliğ etmir.

 

Ocağən bütün yığlncaqları və yayınları Azərbaycan dilində olacaqdır.

 

§1 Azerbaycan Kültür Ocağı əsasnaməsi

 

Adı və qeyd olunduğu yer:

 

1-     Cəmiyyətdə adı: Azərbaycan Kültür Ocağı.

2-     Ocaq qəydə yetişdikdən sonra qeyd olunmuş bir cəmiyyət kimi tanınır.

3-     Cəmiyyətin qeyd olunduğu yer “Köln” şəhəridir.

4-     İş ili məsihi il olaraq hesablanır.

 

§2 Ocağın hədəfi – xeyriyyəlik

 

  1. Azərbaycan Kültürünü genişləndirib, onu tanıyıb ve tanıtdırmaq. Ana dilimizin düzgün yazıb-oxunması bacarığına yiyələnərək gələcək nəslə öyredilməsi yolunda calişmaq. Ocaq təşqil tapandan sonra onun “ “ adında rəsmi orqanı olacaqdır.
  2. Ocaq yalnıy xeyirxah bir cəmiyyətdir ki, Alman vergi qanunlarıda xeyirxah cəmiyyətlərə tanınan imtiyazlarla uygunluq təskil etməkdədir. Ocaq fədakarlıq prinsiplərinə dayanan bir quruluşdur ki, öz iqtisadi hədəfleri üçün çalışmır.
  3. Ocağın gəlirləri yalnız əsasnaməde qeyd olunan hədəflərə uygun səkildə xərclənməlidir. Üzvlerin heç bir şəkildə payı yoxdur və bu gəlirlər xüsusi hədəflər üçün xərclənə bilməz.
  4. Ocağın gəlirlərindən ocağın hədəflərinə uygun olmayan yerlərdə xərclənə bilməz.
  5. Ocaq bağlandığı və ya ocağın hədəflərinin dəyişdiyi təqdirdə onun var-yoxu (pulu, eşyaları) özüne uygun bir cəmiyyətin ixtiyarında qoyulur. Ya da bir xeyriyye cəmiyyətinə verilir.

§3 Üzviyyət

 

  1. Almaniyada yasayan bütün azərbaycanlılar istədikleri halda bu ocağa üzv ola bilərler. Basqa şəxslər (azərbaycanlı olmayanlar) könüllü üzv ola bilərler.
  2. Üzv olmaq işteyen hər kəs adını, ixtişasını, evli-subaylığını, yaş və ünvanını yazıb vərməlidir. O, bu iştəyi ilə ocağın əsasnaməsine qəbul edir. Müdir heyyəti onun istəyinin qəbul olmasına qərar verir. Onun qəbul edilməsinə hec bir səbəb göstərmək lazım deyil.

§4 Üzvlerin haqları və vəzifələri

 

  1. Ocağa üzv olan hər kəs ocağın hədəfleri uğrunda calışmalıdır. Onun plan və qərarlarını yerinə yetirməlidir.
  2. Ocağın seckilərində iştirak edib, secmək və seçilmək haqqına malikdir. Bunu basqasına həvalə edə bilməz. Hər üzvün altı ay üzv olmaq sərtilə səs vermək haqqı var.

§5 Üzviyyət haqqı

 

  1. Hər üzvün “üzviyyət haqqı” verməsi zəruridir. Bu il başa catmadan bir illik olaraq verməlidir. Üzviyyət miqdarı qurultay tərəfindən tə’yin edilir.
  2. Üzviyyət haqqı bir il geriyə düşdüyü təqdirdə iki dəfə xatirladılır, təkrar keçirilmədiyi halda üzviyyətlikdən silinir.

§6 Üzviyyətin silinməsi

 

  1. Üzyiyyət sona catar:

a)      Üzvün öldüyündə.

b)      Üzvün öz istəyi ile.

c)      Üzviyyət siyahısından silindiyində.

d)      Ocaqdan atıldığı halda.

  1. Öz istəyi ilə ocaqdan cıxmaq ancaq il sonunda olar. O bu istəyini müdir heyyətinin birinə yazılı şəkildə sentyabrın 30-a qədər təqdim etməlidir.
  2. Üzviyyət haqqı verməyənlerin adları 5-ci maddənin 2-ci bölümünə əsasən müdir heyyətinin qərarına görə siyahıdan silinir.
  3. Müdir heyyətinin qərarına görə bir üzvün adı mühüm delil üzündən silinə bilər. Silinməyə səbəb olan delillər:

a)      Üzviyyət haqqı verməmək.

b)      Əsasnaməyə uymamaq, ocağın aldığı qərarlara və mənafeyinə qarşı hərəkət etmək.

c)      Ocağın daxilində və xaricində Ocağa qarsi sədaqətsiz hərəkət etmək.

d)      Ocağın pulundan və gəlirlərindən xüsusi hədəflər üçün istifadə etmek.

e)      Ocağa maddi ve əxlaqi zərər vurmaq.

f)        Müdir heyyəti tərəfindən buna bənzər hərəketlerin nəzərə alınması sonucunda da silməyə qərar ola bilər.

 

Qərar alınmadan qabaq həmin üzvə yazılı və ya şifahi olaraq özünü müdafiə haqqı verilməlidir.

Müdir heyyətinin qerarı ilə bir və ya bir necə nəferin adı olduğu şəkildə silinə bilər. Müdir heyyətinin bu qerarı qurultay zamanı üzvlərin hüzurunda e’lan edilir.

 

§7 Ocağın orqanları

 

Ocağın orqanları bunlardan ibarətdir:

a)      Müdir heyyəti

b)      Qurultay

 

§8 Müdir heyyəti

 

  1. Müdir heyyəti sədr, sədr müavini və mühasibdən ibarətdir (qanuna görə “müdir heyyəti” deyirlər). Ocağın sədri Ocağın hüquqi mə’ suludur. O olmadıqda bu vəzifəni sədr müavini və sonra da mühasib icra edə bilərler.
  2. Müdir heyyəti qurultayı tərəfindən seçilir. Müdir heyyətinə seçilmək üçün en azı bir il üzv olmaq lazımdır. Müdir heyyəti üzvlerin arasından əl qaldırmaqla iki il müddəti üçün seçilir.
  3. Yeni müdir heyyəti seçilənə qədər qabaqki heyyəti vəzifəsində qalmalıdır. Müdir heyyəti təkrar olaraq bir daha seçilə biler (yalniz bir dəfə).
  4. Müdir heyyətinin üzvlerindən biri hər hansi səbəblərə görə ocaqdan ayrılsa onun yerini diğər üzvlərden biri tuta bilər.

 

§9 Müdir heyyətinin vəzifəleri

 

Müdir heyyəti Ocağın bütün fəaliyyətlərinə görə mə’suliyyət daşıyır. O zamana qədər ki, bu fəaliyyət əsasnaməyə görə Ocağın ayrı bir orqanına verilməmişdir. Onun əsas vəzifəsi bunlardan ibrətdir:

 

1)      Qurultaya hazırlıq.

2)      Qurultayın çağrılması.

Yeni iş ili üçün bir fəaliyyət və büdcə plani hazırlayıb, kəcən il üçün də qeyd olunmuş büdcə və fəaliyyətlerin yekun nəticələri barədə ətraflı mə’lumatın verilməsi.

3)      Yeni iş qərarlari baglamaq və baglanan iş qərarlarini ləgv etmek.

4)      Üzv olub-olmamaq və ya qeydlərin silinməsi barədə qərar vermək.

 

Müdir heyyəti Ocağın hüquqi nümayəndəsidir.

 

§10 Qurultay

 

  1. Qurultay hər ilin ilk ayı içində təşkil tapır. İki həftə əvvəl qurultayın programı e’lan edilməlidir.
  2. Qurultayda hər üzvün bir səs haqqı vardır. Iştişna hallarda səs haqqı yazılı olaraq basqa birisinə verilə bilər. Vəkalət hər qurultaya ayrı-ayrı verilməlidir. Bir üzv ancaq üc nəfəri təmsil edə bilər.
  3. Qurultay aşağıdaki mövzular haqqında qərar verə bilər:

 

3.1  Müdir heyyətinin gələcək il üçün hazırladığı büdcə və fəaliyyət proqramını qəbul edib, kecənilin yekun nəticəlerini tə’yin etmək, qabaqki müdir heyyətinin fəaliyyətnə son vermək.

3.2  Üzviyyətlik pulunu tə’yin etmək.

3.3  Yeni müdir heyyəti secmək.

3.4  Əsasnaməni dəyişdirmək.

3.5  Üzviyyət gəlirlərinin və xərclərinin tə’yini.

3.6  Müdir heyyətinin üzvləri üzvlükdən silinməsi barədə aldıqları qərarlar haqqında plan tutmaq.

3.7  Ocağın baglanmasına qərar vermək.

 

Müdir heyyətinin mə’suliyyəti xaricinde olan mövzular haqqında qurultay məsləhət qerarı alar, eyni zamanda müdir heyyəti də adı keçən durumlarda qurultayın nəzərlərini istəyə bilər.

 

  1. Qurultayın rəsmiyyət qazanması üçün ən az üzvlərin yarısının iştirak etməsi lazımdır.

-         Əsasnaməni dəyişdirmək və ya Ocağı baglamaq üçün üzvlərin ¾ -nün qatilması lazımdır.

-         Cağırılmış qurultay rəsmi ola bilmədiyi təqdirdə təzə qurultay cağrılmalıdır. Bu qurultaya qatılanların sayına baxmadan rəsmiyyəti vardır. Bunu qurultaya cağrıldığı zaman üzvlərə bildirmək gərəkdir.

  1. Qərarlar səs çoxluğu ilə qəbul edir, müxalif-müvafiq səs eyni sayda olursa sədrin səsi üstünlük qazanır.

Əsasnamenin dəyişdirilməsində və Ocağın baglanmasında səslərin üçdə ikisi lazımdır.

  1. Qurultay qərarlarından protokol götürülməsi lazımdır. Səslərin nəticələri, qurultayın zamanı və yeri qeyd edilməlidir. Bu protokola protokolcu və sədr imza çəkməlidir.

 

§11 Göstərişlər

 

Üzvlər tərəfindən qurultaya verilməsi istənən göstərişlər bes gün əvvəlcədən yazılı olaraq müdir heyyətinə təqdim edilməlidir.

 

§12 Fövqəladə qurultay

 

Müdir heyyəti hər an fövqəladə qurultay cağıra bilər.

 

Üzvlərin də ücdə birinin qurultaya çağırma haqlari vardır. Bu qurultayda hədəf və məqsəd yazılı olaraq müdir heyyətinə bildirilməlidir.

 

Fövqəladə qurultay rəsmi qurultayla eyni haqlara malikdir.

 

§13 Ocağın bağlanması

 

  1. Ocağın bağlanması ancaq rəsmi qurultayların qerarı ilə və 9-cu maddəyə əsaslanaraq mümkün ola bilər.
  2. Ocağın bağlanılması istənildiyi təqdirdə iş başında olan müdir heyyəti hər seyə mə’suliyyətli hesab olunurlar. Bu istək onların hamısının qerarı ilə mümkündür. Bunlarin təsviyə hesab haqqında olan vəzifə və haqları Alman mə’dəni qanununun 47-ci maddəsində qeyd olunmuşdur.
  3. Ocağın bağlanmasında və ya qanuni haqlarını əldən verdiyi halda onun var-yoxu (pulu, əsyaları) eyni haqları daşıyan bir cəmiyyətə ya da vergi baxımından himayə olunan bir tə’lim və ya müəssisəsinə verilir.

§14 Qanunlaşma

 

Bu əsasnamə 20.11.2003 də qeyd olundu. Eyni zamanda Köln şəhərində cəmiyyətlər dəftərinə qeyd olunduğundan keçərlidir.

 

Ana yapraq

Hosted by www.Geocities.ws

1