31-08-08

آذربایجان کولتور اوجاغی/کولن

Registeriert:Amtsgericht Köln  20AR49/88

E-mail : [email protected]

28 May Respublika Günü

 

    XX əsrin əvvəllərində Azərbaycanın tarixində mühüm bir hadisə baş verdi. Şərqdə ilk müstəqil, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu tarix  1918 ci il mayin 28-nə təsadüf edir. Azərbaycan Xalq Cümhüriyyəti 1918-ci il mayın 28-dən  1920-ci il aprelin 28-dək olan müddətdə- cəmi 23 ay mövcud olmuşdur. Bu dövlətin yaradıcıları olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, H.Ağayev, Ə.Topçubaşov və başqaları istiqlalın nə demək olduğunu öz xalqına bir daha göstərdilər, milli dövlətçiliyimizin əsəslarını möhkəmləndirdilər.

    Azərbaycan Milli Şurasının  qəbul etdiyi  “İstiqlal Bəyannaməsi” yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. “Bəyənnamədə” də elan edilmiş prinsiplər- Azərbaycan xalqının müqəddəratını təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq A.X.C-nin beynəlxalq nüfuznu artırdı. “İstiqlal Bəyannaməsi” həmçinin bütün şərqdə, ilk dəfə olaraq Azərbaycanda demokratik idarə üsulunun-parlamentli respublikanın yaradıldığını xəbər veriridi.

    Azərbaycan Xalq Cumhuriyyəti  son dərəcə  mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyyəti ələ kecirmiş S.Şaumyanın daşnak-bolşevik dəstələri xalqımıza qarşı dəhşətli soyqrıma başlamışdı. Şaumyan və Andronikin başçılıq etdiyi dəstələr Azərbaycan xalqını fiziki cəhətdən məhv etmək istəyirdilər. Neft Bakısını ələ kecirməyə çalışan xarici qüvvələr arasında rəqabət son həddə çatmış, bütün Cənubi Qafqaz üçün yeni təhlükə- bolşevik Rusiyasının təcavüzü yaxınlaşmışdı. Məhz bu şəraitdə xalqın yüksək ziyalıları önə keçərək Azərbaycan Xalq Cumhuriyyətini yaratdılar. AXC-nin fəaliyyət dövrünü 3 mərhələyə bölmək olar:

Tiflis dövrü ( 1918- 28 may-16 iyun);

Gəncə dövrü (1918- 16 iyun-16 sentyabr)

Bakı dövrü ( 1918-17 sentyabr-1920 -28 aprel)

     AXC-nin mövcudluğu dövründə 5 hökümət kabineti fəaliyyət göstərib, bunlardan  üçünə F.X.Xoyski, ikisinə isə N. Yusifbəyli başçılıq etmişdir. AXC-nin dövründə bu qərarlar qəbul edildi:

·        Azərbaycan- türk dili dövlət dili elan edildi.

·        Üç rəngli, ay-ulduzlu dövlət bayrağı qəbul olundu.

·        Məktəblər milliləşdirildi.

·        Bakı Dövlət Universiteti fəaliyyətə başladı.

·        Azərbaycan vətəndaşlığı qəbul edildi.

·        Azərbaycan Milli Ordusu və hərbi dəniz donanması yaradıldı və s.

    1918- ci il dekabrın 7- də saat 13-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında Azərbaycan parlamentinin  təntənəli açılışı oldu. Şərqdə ilk parlament olan bu parlamentin sədri Ə.Topçubaşov, onun müavini H.Ağayev seçildi. Bu parlamentdə Azərbaycanda yaşayan bütün millətlərin və xalqının nümayəndələri təmsil olunmuşdular. Mövcud olduğu dövrdə parlament özünün 145 iclasını keçirmişdi. Burada qəbul olunan qərarlar konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları  və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi- demokratik dövlət yaratmaq  məqsədi daşıyırdı. 

 

آنا یاپراق

Hosted by www.Geocities.ws

1